Accessibility links

ABŞ-da çoxarvadlılıqla bağlı cinayət işi qaldırılıb


Bu həftə ABŞ-da poliqamiya - çoxarvadlılıqla bağlı cinayət işi qaldırılıb. 16 yaşlı gənc qızın 50 yaşlı əri tərəfindən döyüldüyü və zorlamalara məruz qaldığı şikayəti ilə qadınlar üçün sığınacağa müraciət etməsi böyük bir düşərgənin fəlaiyyətinin üstünü açıb. Texasdakı bir rançoda 416 uşaq aşkar edilib, 139 qadın könüllü şəkildə rançonu tərk edib. 690 hektarlıq bir sahəni əhatə edən rançoda çoxasylı hamilə qızın olduğu bildirilir.

Rəsmilərin dediiynə görə buradakı yeniyetmə qızlar həddi-buluğa çatdıqları andan dini nigahla ailə qurmağa və ana olmağa vadar ediliblər. Burada uşaqların tərbiyə edilməsi metodları kimi onların ac saxlanması və divar şkaflarında bağlanmasından istifadə edilib. Polisin reydi zamanı 41 yaşlı Leroy Conson Steed və bir gün sonra 19 yaşlı Levi Barlou Ceffs adlı şəxslər Texas ştatının təhlükəsizlik xidmətlərinin işinə müdaxilə ittihamı ilə həbs ediliblər.

XS
SM
MD
LG