Accessibility links

Robert Geyts İraqda ordunun sayının azaldılması barədə dediklərini inkar edib


ABŞ-ın müdafiə naziri Robert Geyts gələn ilin yanvar ayınadək İraqdakı hərbi qüvvələrin sayının 100 000 nəfərə endiriləcəyini düşünmədiyini deyib. Hələ ötən sentyabr ayında qüvvələrin sayı barədə təxminlərini irəli sürən nazir dünən ABŞ senatının silahlı qüvvələr komitəsi qarşısında ifadə verərkən, əlvvəlcə dediklərini inkar edib.

Dünən ABŞ prezidenti Corc Buş Amerikanın İraqdakı hərbi qüvvələrinin komandiri, general Deyvid Petreyasın tövsiyyələrinə dəstək verib. General Petreyas ABŞ qüvəvlərinin İraqdan çıxarılması əməliyyatının iyul ayından sonra heç olmasa 45 gün ərzində dayandırılmasını təklif etmişdi. Corc Buş iyul ayından sonra qüvvlərin ixtisar edilməyəcəyinə sərəncam verdiyini deyib.

XS
SM
MD
LG