Accessibility links

Zimbabvelilər Cənubi Afrikada etiraz aksiyaları keçirir


Bu gün yüz nəfərdən ibarət zimbabveli ölkələrinin Pretoriyadakı səfirliyi qarşısıında prezident seçkilərinin nəticələrinin elan olunmaması səbəbindən etiraz aksiyası keçiriblər. Günün sonunda onların Cənubi Afrika paytaxtı boyu hökumət binasına və BMT qərargahına yürüşü gözlənilir.

Bu arada BMT Təhlükəsizlik Şurası Zimbabvedəki seçkidən sonrakı vəziyyəti Afrika Birliyinin üzvləri ilə müzakirə etməyə hazırlaşır. BMT baş katibi Ban Ki Mun Zimbabve hökumətini martın 29-da keçirilən seçkilərin nəticələrini açıqlamağa çagırıb.

XS
SM
MD
LG