Accessibility links

Rusiya prezidenti Gürcüstandakı separatçı regionlarla daha yaxın əlaqələrə çağırıb


Rusiya Xarici İşlər Naziriliyi bildirir ki, prezident Vladimir Putin hökumətə qonşu Gürcüstanda iki separatçı regionla daha yaxın əlaqələr yaratmağı tapşırıb. Xarici Işlər Nazirliyinin bəyanatında deyilir ki, Moskva rəsmilərinə Gürcüstanla sərhəd Abxazliya və Cənubi Osetiyanın de-fakto rəsmilərilə əməkdaşlıq etmək tapşırılıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili rəsmi Moskvanın bu addımına təhlükəsizlik şurasının fövqəladə iclasını çağırmaqla cavab verib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Moksvanın bu regionların müstəqilliyini tanımaq planları haqda bir söz deyilmir.

XS
SM
MD
LG