Accessibility links

Britaniyanın baş naziri Qordon Braun ABŞ prezidenti ilə görüşəcək


" hspace=2 src="/azerbaijani/images/ap_britain_UK_brown_19mar08_eng_190.jpg" width=189 align=right vspace=2 border=0>Britaniyanın baş naziri Qordon Braun bu gün ABŞ prezidenti Corc Buşla görüşməlidir. Cənab Braun və cənab Buş arasında danışıqlar zamanı iqtisadiyyatda yaranmış problemlərin müzakirə ediləcəyi bildirilir. Məhz iqtisadi problemlər hər iki liderin öz ölkələrində populyarlıq reytinin aşağı düşməsinə səbəb olmuşdur.

Görüş zamanı habelə Britaniyanın İraqın cənub bölgələrində əsgərlərin sayının azaldılması planlarının da müzakirə ediləcəyi gözlənilir. Rəsmi görüşdən sonra cənab Buş Ağ Evdə Britaniya lideri və onun xanımının şərəfinə şam yeməyi verəcək. Cənab Braun bu gün habelə ABŞ prezidentliyinə üç namizədlə görüşlər keçirəcək.

XS
SM
MD
LG