Accessibility links

Kabildə beynəlxalq hərbi qüvvələrlə Taliban yaraqlıları arasında qarşıdurma olub


Əfqanıstan paytaxtı Kabilin cənub-qərbində qarşıdurma zamanı yerli və beynəlxalq qüvvələr tərəfindən azı 10 Taliban yaraqlısı öldürülüb. Əfqan rəsmiləri deyirlər ki, yaraqlılar Qəzni vilayətində avtomagistral yolu boyu hərbi konvoya hücum həyata keçirən zaman öldürülüblər. Hərbi qüvvələrin itkiləri barədə məlumat verilməyib.

Dünən isə Əfqanıstanın cənubunda NATO qüvvələrinin iki əsgəri həlak olmuş, digər iki nəfərsə yaralanmışdır. Qeyd edək ki, bu ərazi Taliban yaraqlılarının sığınacağı hesab olunur.

XS
SM
MD
LG