Accessibility links

Bağdadın Sədr şəhər hissəsində qarşıdurmalar davam edir


ABŞ-ın İraqdakı qüvvələrinin bildirdiyinə görə, Bağdadın Sədr şəhər hissəsində hərbi qüvvələr tərəfindən 5 yaraqlı öldürülüb.

Ordunun bəyanatında Amerikanın Apaçe vertolyotlarının yaraqlıları hədəf aldığı deyilir. Nəticədə iki yaraqlı qətlə yetirilib. Yolkənarı bomba partlayışına cavab olaraq bir qrup əsgər üç yaraqlını güllə atəşinə tutub.

Qeyd edək ki, radikal şiə ruhanisi Müqtəda Əl-Sədrin istehkamı olan Sədr şəhərdə son zamanlar baş nazir Nuri Əl-Malikinin şiə yaraqlılara qarşı əməliyyatlara keçilməsi göstərişindən sonra zorakılıqlar artmışdır.

XS
SM
MD
LG