Accessibility links

Corc Buş azad ticarətə dair müqaviləni müdafiə edib


ABŞ prezidenti Corc Buş Luiziana ştatının Yeni Orlean şəhərində bu gün işini başa çatdıracaq Şimali Amerika ölkələrinin sammitində azad ticarətə dair müqaviləni müdafiə edib. Cənab Buş Kanadanın baş naziri Stiven Harper və Meksika prezidenti Felipe Kalderonla danışıqlara dünən başlayıb. ABŞ prezidenti deyib ki, azad ticarətə dair müqavilə hər üç ölkənin marağındadır.

Meksika prezidenti Kalderon deyib ki, NAFTA adı ilə tanınan azad ticarətə dair müqavilə yüzlərlə yeni iş yerinin açılmasına kömək edəcək.

ABŞ prezident seçkilərində demokrat namizədlər senatorlar Hilari Klinton və Barak Obama NAFTA-nı tənqid edərirlər.

XS
SM
MD
LG