Accessibility links

BMT Gürcüstan və Rusiya arasındakı münasibətlərlə əlaqədar iclas keçirəcək


BMT Təhlükəsizlik Şurası Gürcüstan və Rusiya arasında gərginliyi ünvanlamaq məqsədilə bu həftə iclas keçirməyi planlaşdırır. Çərşənbə günü keçirilməsi nəzərdə tutulan iclas haqda məlumatı adının açıqlanmasını istəməyən bir diplomat verib. Diplomat dünən Gürcüstanın Rusiyanı onun pilotsuz idarə edilən təyyarəsini salmaqda ittiham etməsindən bir neçə saat sonra bu açıqlamanı verib.

Gürcüstan prezidenti Mixail Saakaşvili rusiyalı həmkarı Vladimir Putinə zəng edərək ona deyib ki, Gürcüstan ərazisində aqressiv hücumları dayandırsın. Rusiya bu ittihamı rədd edərək, Gürcüstanı “münaqişə zonasında” uçuşlar həyata keçirdiyinə görə tənqid edib.

BMT-nin Gürcüstandakı müşahidə missiyasından verilən məlumata görə, Abxaziyada hərbi qüvvələrin cəmləşdirilməsinə dəlil yoxdur.

XS
SM
MD
LG