Accessibility links

ABŞ prezidenti İordaniya kralı Abdulla ilə görüşür


ABŞ prezidenti Corc Buş bu gün İordaniya kralı Abdulla ilə səhər yeməyində görüşür. Bu həftə onun fələstinlilərin prezidenti Mahmud Abbası da qəbul edəcəyi gözənilir. Kral Abdulla Corc Buşun prezidentlik müddəti başa çatanadək israil-Fəlsətin sülh razılığının əldə edilməsi səylərinə dəstək verir.

Bu gün Mahmud Abbasın ABŞ dövlət katibi Kondoliza Rays, sabah isə prezident Buşla görüşü gözlənilir. Fələstin prezidenti bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə Kremlin sülh konfransı təklifini müzakirə etmişdi.

XS
SM
MD
LG