Accessibility links

Türkiyə ordusu kürdlərin İraqdakı mövqelərini bombaladığını təsdiq edib


Türkiyə rəsmiləri hərbi qüvvələrinin kürd yaraqlıların İraqın şimalındakı mövqelərini bombalamasını təsdiq edib. Ölkə ordusunun verdiyi bəyanatda militantların öldürülməsi barədə heç nə deyilmir. Bundan əvvəl isə kürd xəbər agentliyi "Firat" Türkiyə qırıcı təyyarələrinin İraq, İran və Türkiyə sərhəddindəki Hakurk regionunu atəşə tutduğunu bildirmişdi. Fəaliyyətinə qadağa qoyulmuş PKK-nın sözçüsü də hücum barədə məlumatı təsdiq edib.

Rəsmi Ankara PKK-nı İraqın şimalındakı sığınacaqlardan ərazisinə hücum etməkdə ittiham edir. Ordu bu il İraq ərazisinə bir neçə dəfə hava hücumu və ən azı bir dəfə quru hücum həyata keçirib.

XS
SM
MD
LG