Accessibility links

Livan parlamenti gələn ay yenidən prezidenti seçməyə çalışacaq


Livan parlamenti ölkə prezidentini seçmək üçün gələn ay yeni səsvermə keçirəcək. Parlamentin spikeri Nabih Berri səsvermənin mayın 13-də baş tutacağını deyib. Bu, noyabr ayında prezidentlik müddəti başa çatan Suriya tərəfdarı Emil Lahudun postu tərk etməsindən sonra parlamentdə prezidenti müəyyən etmək üçün keçiriləcək 19-cu səsvermə olacaq. Bu həftə təyin olunmuş səsvermənin təxirə salınmasına səbəb üçdə iki üstünlüyün olmamasıdır. Qərbin dəstəklədiyi hakim partiya və Suriya tərəfdarı müxalifət arasında pisləşən gərginliklər ölkəni pat vəziyətinə salıb. Hər iki tərəf ordu komandiri general Mişel Suleymanın prezident seçilməsinə razı olsa da, yeni hökumətin təşkilində fikir ayrılıqları var.
XS
SM
MD
LG