Accessibility links

Çernobıl qəzasının 22-ci ildönümü qeyd edilir


Bu gün Ukraynada Çernobıl AES-da baş verən qəzanın 22-ci ildönümü qeyd edilir. Ukrayna prezidenti Viktor Yuşenko ölkə rəsmiləri ilə birgə Kiyevdə təşkil edilən anım mərasimində iştirak edib. Faciənin qurbanlarının memorialına əklillər qoyulub. Hələ də qəza səbəbi ilə ölənlərin sayı barədə sual cavabsız qalır. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, Çernobıl falakəti 9000 insanın həyatına son qoyacaq. Lakin ətraf mühit qrupları Çernobılin qurbanlarının sayının 90000 olacağını deyir. 200 ton nüvə yanacağı ilə işləyən bu stansiya hələ də radiaktiv təhlükəyə malikdir.

XS
SM
MD
LG