Accessibility links

Xəbər proqramlarının çəkilmə tarixi


Biz vizual dövrdə yaşayırıq – elə bir dövrdə ki, dünyada hər hansısa hadisə baş verirsə, bəzən bir neçə saniyə ərzində biz bu xəbəri televiziya ekranı, kompyuter və ya mobil telefonlar vasitəsi ilə ala bilirik. Lakin on illər bundan əvvəl insanlar dünyada baş verənlərdən yerli kino-teatrlarda, filmlərə baxmağa gedərkən xəbər tuturdular.

Belə köhnə materiallardan çoxunun itməsinə baxmayaraq, yüzlərlə material xüsusi arxivlərdə qorunub, saxlanılır.

1911-ci ildən 1950-ci illərin əvvələrinə, televizorların istehsal edildiyi vaxta qədər, dünyada baş verənlər kino-jurnallar vasitəsi ilə nümayiş etdirilirdi.

Birləşmiş Ştatlarda yaşayan insanlar yerli kino-teatrlara hər hansısa filmə baxmağa gedərkən, xəbərlərlə filmdən əvvəl nümayiş etdirilən jurnal vasitəsi ilə tanış olurdular. Greg Vilsbeçer Cənubi Karolina Universitetindəki “Newsfilm” arxivinin direktorudur: “O zamanlar amerikalılar vizual xəbərlərə - kino-jurnallara həftədə iki dəfə, getdikləri kino-teatrlarda tamaşa edə bilirdilər”.

Bu gün isə insanlar milyonlarla peşəkar kamera ustalarının, fotoqrafların dünya boyu çəkdikləri videolar və şəkilləri peyk və rəqəmsal sistemlər vasitəsi ilə tez bir zamanda görə bilirlər. Lakin 20-ci əsrin əvvəllərində filmlər iri mexanizmli, bəzən əllə işləyən kameralardan istifadə edilərək çəkilirdi.

Greg Vilsbeçerin arxivində belə köhknə kameralar çoxdur: “Bell və Novel 35 millimetrlik kamera o zamanlar daşına bilirdi. Lakin onun elektrik motoru yox idi, saat kimi əllə qurulurdu. Kameranın 4 kiloqram yarım çəkisi var idi və bu kamera vasitəsi ilə bir dəfədə təqribən iki dəqiqəlik xəbər çəkmək olardı.”

Xəbərləri çəkmək üçün operatorlar dünyanı dolaşırdılar. Bəzən onlar çox vacib bir məsələni lentə almaq üçün lazımı vaxt və lazımi yerdə ola bilirdilər. Vilsbaçer deyir ki, bu hadisə 1941-ci ilin dekabrında, Yaponyanın Perl Harbora hücumu zamanı Fox Kino Jurnalının operatoru Əl Brikin başına gəlib. O, hücumun baş verdiyi səhər USS Arizona hərbi gəmisində zabit olan bir dostu ilə Perl Harbıra gedirdi və bombalar atılmağa başlayanda gördüyü dəhşətli hadisəni kamerası ilə çəkə bilmişdi.

“Twenty Century Fox’’ Kino Şirkəti bundan 30 il əvvəl Fox Kino Jurnalı kolleksiyasını Cənubi Koreya Üniversitetinə bağışladı. Üniversitetsə bunun qarşılığında kolleksiyanı qoruyur və əhalinin ondan istifadəsinə imkan verir.

Greg Vilsbaçer deyir ki, Cənubi Karolina üniversiteti ABŞ Kongres Kitabxanası ilə birliktə işləyərək, bu köhnə filmlərin hər birini yüksək keyfiyyətli rəqəmsal sistemə keçirir.

Hazırda üniversitet kino jurnallarının yüzlərlə saatlıq video nüsxələrini internet saytına qoyub. Peşəkar direktorlar və yayım təşkilatları isə daha keyfiyyətli videoları buradan pulsuz götürə bilərlər.
XS
SM
MD
LG