Accessibility links

İran və Rusiyanın təhlükəsizlik rəsmiləri görüş keçirib


Bu gün Rusiya və İranın milli təhlükəsizlik rəsmilərinin görüşü keçirilib. İranın nüvə müzakirəçisi Səid Cəlili və Rusiyanın Milli Təhlükəsizlik Şurasının müvəqqəti rəhbəri Valentin Sobolev İranın dünyada nüvə təhlükəsini azaldacaq ciddi təkliflər paketini müzakirə ediblər.

Təkliflərin təfərrüatı barədə məlumat verməyən Cəlili deyib ki, İran dünyanın aparıcı qüdrətləri ilə danışqılara hazırdır. Lakin bu müzakirələr zamanı İslam cümhuriyyətinin regionda artmaqda olan nüfuzuna hörmət nəzərə alınmalıdır.

XS
SM
MD
LG