Accessibility links

Həmid Kərzaiyə hücum edənlərdən biri öldürülüb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, paytaxt Kabildə yaraqlılarla təhlükəsizlik qüvvələri arasında gedən gərgin döyüş zamanı ən azı 7 nəfər həlak olub. Ehtimallara görə, təhlükəsizlik qüvvələri ilə toqquşan yaraqlılar prezident Həmid Kərzaiyə qarşı təşkil olunan bazar günkü hücumla bağlılığı olanlardır. Hadisə yerindən daxil olan məlumatlarda deyilir ki, ölənlərdən 5-i militant 2-si isə təhlükəsizlik qüvvələrinin üzvləridir. Bir neçə saat davam edən döyüşlər zamanı kiçik çaplı silahlar və qumbaraatanlardan istifadə olunub. Rəsmilərin sözlərinə görə, 5 yaraqlı evin içərisində özlərini partladandan sonra döyüş başa çatıb. Taliban sözçüsü xəbər agentliyinə deyib ki, onlardan biri bazar günü Kabildə keçirilən paradda prezidentə sui-qəsddə iştirak edib.
XS
SM
MD
LG