Accessibility links

Deyvid Miliband İranla bağlı yeni təkliflər barədə razılığa gəlindiyini deyib


Britaniyanın xarici işlər naziri Deyvid Miliband dünyanın qüdrətli dövlətlərinin həssas nüvə fəaliyyətlərini dayandırması üçün İrana yeni güzəştlər təklif etmək barədə razılığa gəldiyini deyib. Bu gün Londonda danışan Milband deyib ki, Almaniya və TBM Təhlükəsizlik Şurasının beş daimi üzvü - Birləşmiş Ştatlar, Britaniya, Fransa, Rusiya və Çin İrana əvvəlki təklif üzərində yenidən işləməyə razılıq veriblər. Lakin o, detalların ictimiayyətə açıqlanmayacağını bildirib.
XS
SM
MD
LG