Accessibility links

Robert Qeyts: "ABŞ Əfqanıstanda qüvvələrinin fəaliyyətini yenidən nəzərdən keçirməlidir"


ABŞ müdafiə naziri Robert Qeyts ABŞ əsgərlərinin Əfqanıstanıın cənub bölgəsində NATO qüvvələri tərkibində xidmət göstərməsini nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə, ABŞ Əfqanıstanda qüvvələrinin fəaliyyətini yenidən nəzərdən keçirməlidir. Buraya ölkədə 2 döyüş komandasına ehtiyac olub-olmaması da daxildir. 2006-cı ildə NATO qüvvələri bu əraziyə nəzarəti ABŞ ordusundan təhvil alandan bəri orada Taliban zorakılıqlarının sayı kəskin şəkildə artıb. “Nevv York Times” qəzetinin verdiyi məlumata görə, ABŞ müdafiə nazirliyi gələn il Əfqanıstana əlavə 7 minlik qoşun göndərməyi planlaşdırır.
XS
SM
MD
LG