Accessibility links

Türkmənistan hökuməti Saparmurat Niyazovun heykəlinin köçürülməsi barədə qərar qəbul edib


Türkmənistan hökuməti ölkənin ilk prezidenti Saparmurat Niyazovun nəhəng qızıl heykəlinin köçürülməsi barədə qərar qəbul edib. Dövlət mətbuatının yazıdığına görə, 75 metr hündürlüyü olan heykəl paytaxt Aşğabadın cənub bölgəsinə köçürüləcək. 2006-cı ildə dünyasını dəyişən Niyazov neftlə zəngin bu Orta Asiya respublikasına 21 il rəhbərlik edib. Özünü Tükrmənbaşı adlandıran Saparmurat Niyazov bu monumentin ucalqdılmasına böyük məbləğdə vəsait sərf etmişdi. Niyazov təqvimi belə dəyişdirərək yanvar ayına öz adını vermişdi. Türkministanın hazırkı prezidenti Qurbanqulu Berdımuxamedov təqvimi köhnə variantı- Greqorian təqviminə dəyişib.

XS
SM
MD
LG