Accessibility links

Mosul şəhərində iraqlı jurnalist güllələnib


İraq polisinin bildirdiyinə görə, şimal Mosul şəhərində iraqlı jurnalist Serva Əbdul Vahab maşından çıxarılaraq güllələnib. Polis işə gedən jurnalistin başından güllələndiyini bildirir. Qeyd edək ki, Mosul jurnalistlərin hücumlara məruz qalan zorakı bölgələrdəndir. Jurnalistlərin müdafiəsi qrupu- Beynəlxalq Mətbuata Dəstək təşkilatı İraqın jurnalistlər üçün dünyanın ən təhlükəli ölkəsi olduğunu deyir. Bu arada İraq mətbuatı Bağdadda bomba partlayışı nəticəsində İraq prezidenti Cəlal Talabaninin xanımının 4 cangüdəninin yaralandığını yazır. Xanım Hiro İbrahim Əhmədin xəsarət almadığı bildirilir.

XS
SM
MD
LG