Accessibility links

Fələstin və İsrail liderləri sülh prosesini sürətləndirmək məqsədi ilə yenidən görüşmüşlər


İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas sülh prosesinin qarşısını alan İordan Çayının Qərb Sahilində yaşayış məntəqələri və yolların bağlanması məsələsinin həllini sürətləndirmək məqsədi ilə bu gün görüş keçirmişlər. Bu görüş Birləşmiş Ştatlar dövlət katibi Kondoliza Raysın regiona üç günlük səfərindən sonra təşkil edilmişdir. Xanım Rays səfəri zamanı İsrailin İordan Çayının Qərb Sahilində yolların bağlanması məsələsinə xüsusi diqqət yetirmişdir. Dövlət katibi Rays demişdir ki, Qərb Sahilində yolların bağlanması fələstinlilərin təcrid olunması deməkdir. Xanım Rays bunu da qeyd edib ki, İsrail fələstinlilərin gündəlik həyatını yaxşılaşdıracaq tədbirlər də görməlidir.

İsrailin xarici işlər naziri Tzipi Livni deyib ki, İsrail fələstinlilərlə sülh danışıqlarında razılıq əldə edilməsi üçün Qərb Sahilində bəzi yəhudi yaşayış məntəqələrini ləğv etməyə razılıq verə bilər.

XS
SM
MD
LG