Accessibility links

Las Veqasda keçirilən ərzaq sərgisi işini davam etdirir


Las Veqasda Beynəlxalq Ərzaq Marketinq İnstututunun Mayın 5-də başlanan sərgisində iştirak edən çoxlu sayda ABŞ və beynəlxalq təşkilatlar sırasında ilk dəfə olaraq Azərbaycandan da nümayəndə heyəti var. Azərbaycanı sərgidə 8 şirkət təmsil edir və bu şirkətlər sərginin mərkəzi hissəsində yerləşən pavilyonda öz məhsullarını beynəlxalq auditoriyaya təqdim edirlər. Çay, mürəbbə və kompot məhsullarına görə tanınan Azersun şirkəti müxtəlif markalı və keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının diqqətini cəlb edb. Amerikanln Səsinə danışan şirkətin sözçüsü Ələkbər Muradov sərginin yaxşı təşkil olunduğunu və Azərbaycan pavilyonunda böyük maraq göstərildiyini bildirib. Azersun məhsulu olan müxtəlif növ mürəbbələr və kompotlar iştirakçılara dadmaq üçün təklif olunub. Bakfem və Elfem şirkətləri öz növbələrində sərgi iştirakçılarını qoz-fındıq və şokolad məmulatları ilə tanış edib. Bakfem şirkətinin baş meneceri Azad Cavadov Amerikanın Səsinə müsahibəsində şirkətinin ilk dəfə olaraq ABŞ istehlakçı bazarına daxil olmağa səy göstərdiyini bildirib. Onun fikrincə ABŞ-da mövcud olan nəhəng istehlakçı bazarı Azərbaycanlı biznesmenlər üçün əlverişli imkanlar yaradır. Məsafənin uzaq olmasına baxmayaraq, Azad Məmmədov ABŞ-da Azərbaycan məhsullarına təlabatın faydalı nəticələr verəcəyinə inandığını bildirib. Onun dediyinə görə Bakfem şirkətinin istehsalat və qablaşdırmada istifadə etdiyi son texnoloji metodlar bir sıra sərgi iştirakçılarında dərin təəsürat buraxıb. Sərgidə iştirak edən Meksiko və ABŞ nümayəndələri Azərbaycan məhsullarını almağa maraq göstəriblər. Beynəlxalq Ərzaq Məhsulları sərgisində Azərbaycanı habelə Milk Pro, Balacans və Gilan Holding kimi şirkətlər təmsil edir. Bu sərgi dünya miqyasında təşkil olunan ən iri ərzaq sərgilərindən biridir. Coca Cola və Kraft kimi aparıcı şirkətlərin sponsorluq etdiyi törən Las Veqasın Mandalay Bay Qurultay Mərkəzində keçirilir. Sərgi Mayın 5-dən 7-ə qədər davam edəcək.

XS
SM
MD
LG