Accessibility links

Amerikada məktəbə gedə bilməyən şagirdlər dərslərdə necə iştirak edir


Şagirdlərin uzun müddətli xəstəliklə üzləşməsi onların həftələrlə, bəzən də aylarla dərsdən qalması ilə nəticələnir. Ancaq texnologiya belə şagirdlərin təhsillərinin yüksək səviyyədə saxlanmasını asanlaşdırır.

Konnektikutdakı məktəbdə ikinci siniflərin dərsləri yenicə başlayıb. Yeddi yaşlı Andryu Arlon bu gün dərsdə yoxdur, ancaq bu onun dərsdə olan uşaqlara qoşulmasının qarşısını almır. Uşaq boyda olan robot Andryuya ağ qan xəstəliyi ilə mübarizə apardığı bir vaxtda dərslərdə iştirak etməsinə yardım göstərir: “Mən dostlarım üçün darıxıram, amma bura məktəbdən daha yaxşıdır. Çünki mən burada daha rahatam”

Şagirdlərə Tədris Şəraitinin yaradılması ilə Təhsilin Təchizi pilot layihəsi və ya PEBBLES Andryu kimi uşaqlara normala yaxın həyat yaşamalarına kömək edir. Xəstəxanada və ya evdə bu cür uşaqlar əziyyət çəkdikləri anda, öz dərsləri ilə də əlaqədə qala bilirlər.

Robot ekran Andryunun sinif yoldaşlarına və müəlliməsinə onu görməyə və onunla söhbət etməyə şərait yaradır. Evdə olan robot isə eyni funksiyanı Andryu üçün həyata keçirir. Andryunun müəlliməsi Karl Bissen deyir ki, PEBBLES onun dərslərdə fəal iştirakını təmin edir: “O həqiqətən özünü kənarlaşdırılmış hiss etmir. Çünki o, bizim elədiyimiz bütün tapşırıqları bizimlə birlikdə edir”

Doqquzuncusinif şagirdi Maykl Qranqer PEBBLES teleiştirak texnologiyasının başqa bir azarkeşidir. Maykl da ağ qan xəstəliyindən əziyyət çəkir. Ancaq robot onu bütün il ərzində dərslərlə əlaqə yaratmasına imkan yaradıb: “O, mənə ömrümün ən çətin anlarında kömək olub.”

PEBBLES layihəsini Kandada yerləşən Telbotiks yaradıb. Hökumət tərəfindən maliyyələşdirilən pilot layihədən bəzi ailələr və xəstəxanalar pulsuz istifadə edə bilir.

XS
SM
MD
LG