Accessibility links

Disleksiyanın qavramada yaratdığı problemlər


Qavrama qabilliyyəti zəif olan uşaqların problemləri əsasən oxumaq, yazmaq, danışmaq və ya rəqəmlərlə işləməklə bağlı olur.

Qavrama zəifliyinin ən adi formalarından biri disleksiyadır. Disleksiyaya düçar olan insanların dil bacarığında xüsusilə oxumağında çətinliklər olur. Beynəlxalq Disleksiya Assosiasiyasının bildirdiyinə görə, müxtəlif ölkələrdə aparılan araşdırmalar göstərir ki, əhalinin 4-7 faizində disleksiya xəstəliyi mövcuddur.

Disleksiya əsasən oxuya, tələffüzə və hüsn-xəttə təsir göstərir. Bəzi adamlarda yalnız bu çatışmazlıqlardan biri olur. Başqalarının isə danışıq dili çox pis olur. Belə insanlar fikirlərini aydın ifadə edə bilmir və ya başqalarını düzgün başa düşməyi bacarmırlar.

Disleksiya habelə şəxsi emosiyalara da təsir göstərir. Disleksiyaya tutulmuş uşaqlar həmişə öyrənmə qabiliyyətlərinin olmadığını düşünürlər. Onlar düşünür ki, ağılsızdırlar və ya başqları onları belə çağırır. Mütəxəssislər hesab edir ki, özlərini belə vəziyyətdə hiss edən uşaqlar uğursuzluq və depressiya təhlükəsi ilə üzləşirlər.

Disleksiyanın yaranma səbəbi bəlli deyil. Ancaq araşdırmalar adi insalarla disleksiyaya düçar olmuşların beyinlərinin fəallığı və inkişafında fərqlər aşkar edib.

Çatişmazlığın aşkar olunması üçün ilkin işarələrə danışığın öyrənməkdə gecikmə və sözlərin tələffüzündə çətinliklər daxildir.

Oxumağı öyrənən zaman disleksiyalı uşaqlar hərfləri tanıya və ya onları eyni səslərlə bağlıya bilmir. Ola bilər ki, onlar habelə rəqəmlərin, formaları, rənglərin və ya həftə günlərinin öyrənilməsində yaxud yadda saxlanılmasında çətinliklərlə üzləşsin.

Daha yaşlı uşaqların problemləri xarici dili öyrənməklə bağlı ola bilər. Onlarda çox asta sürətlə oxuma və ya oxuduqları yadda saxlaya bilməmək problemləri olur. Belə insanlar hərflər yaxud da sözlərin fərqlərini və oxşarlıqlarını eşidə və ya görə bilmirlər. Bu xəstəliyin çarəsi olmasa da disleksiyalı insalar tədrisdə hələ də uğurlu ola bilirlər. Ekspertlərin fikrincə, ən vacibi erkən yaşlarda şəraiti tapmaqdır. Onların sözlərinə görə, insanın disleksiyaya duçar olmasını təlimatlı peşəkar söyləyə bilər.

Xüsusi təlimatlı müəllimlər disleksiyalı insanlarla tədrisi müxtəlif yollarla aparır. Kompyuterin köməyi ilə aparılan tədris yardımçı ola bilər. Yazılı kitabların yerinə səsli kitabların istifadəsi də kömək olur. Məktəblər onları tapşırığı yerinə yetirmək üçün daha çox vaxtla təchiz etməlidir.

XS
SM
MD
LG