Accessibility links

Vaşinqtonda “Gürcüstan Brüssellə Buxarest arasında” adlı tədbir keçirilib


Vaşinqtonda yerləşən Karneqi Beynəlxalq Sülh Mərkəzində “Gürcüstan Brüssellə Buxarest arasında” adlı tədbir keçirilib. Tədbirin demək olar ki, əksər hissəsi ABŞ-da səfərdə olan Gürcüstan parlament nin spikeri Nino Burcanadzenin məruzəsinə həsr edilib. Rusiya-Gürcustan arasındakı son münaqişə xanım Burcanadzenin çıxışının əsas hissəsini təşkil edib. Gürcüstanın NATO-ya üzvlük planı haqda danışan spiker deyib ki, NATO-nun üzvü və Rusiya ilə yaxşı münasibətləri olan bir çox ölkə var. Gürcüstanın NATO-ya üzv olması belə Rusiya üçün hədə deyil.

Nino Burcanadze Gürcüstanın Rusiya ilə münasibətlərinin pis olmadığını deyib. O bildirib ki, pis münasibət müharibə deməkdir. O, Rusiyanın separatçı regionlarla hərbi əməkdaşlığı və bir sıra digər faktorları Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyinə təhlükə adlandırıb. Gürcüstan parlamentinin spikeri Gürcüstanın münaqişələri sülh yolu ilə həllinə üstünlük verdiyini deyib, lakin eyni zamanda Gürcüstanın sülhməramlı adı ilə regiona yerləşdirilən rus əsgərlərini çıxarılması, 3 min qaçqının evlərinə qayıtması, ABŞ və Avropanın münaqişənin həllinə marağını artırmağa çalışacağını bildirib.

Nino Burcanadze həmçinin son bir neçə ildə ölkədə gedən siyasi dəyişikliklərdən danışıb. Dövlətçilik sahəsində atılacaq addımlardan danışan xanım Burcanadze azad seçkilər, güclü demokratik təsisatlar, ədalətli və müstəqil məhkəmə sisteminin labüdlüyü və maaşalar və pensiya kimi sosial problemlərin həllinin Gürcüstan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Gürcüstanın Rusiyanın yeni prezidenti ilə əlaqələri yaxşılaşdırmağa çalışacağını və prezident Mixail Saakaşvilinin yaxın zamanda Dmitri Medvedevlə görüşəcəyini deyib.

XS
SM
MD
LG