Accessibility links

BMT təyyarələri Birmaya yardım daşımağa başlayıb


Birmada siklon qurbanlarına yardım daşıyan iki BMT təyyarəsi ölkəyə gəlib. Burada yüz minlərlə adam ərzaq, su və dərman gözləyir. Daha sonra iki yardım təyyarəsinin gələcəyi gözlənilir. BMT-nin fəlakət üzrə komandasının əksər üzvlərinə ölkəyə daxil olmaq üçün vizalar verilib. Hərbçilərin idarə etdiyi Birmaya Nargis siklonundan sonra daxil olmaq çox çətinləşib. Birmanın avtoritar hökuməti təyyarələrin enişinə və yardım işçilərinin gəlişinə icazə verməkdə lənglik nümayiş etdirib. Rəsmi rəqəmlərə əsasən indiyədək təbii fəlakət nəticəsində 22 000 adam həlak olmuş, 42 000 adam isə itkin düşmüşdür.
XS
SM
MD
LG