Accessibility links

Corc Buşun qızı Cennanın toy məclisinə hazırlıq gedir


ABŞ prezidenti Corc Buş və birinci xanım Lora Buşun qızı, 26 yaşlı Cenna Buşun şənbə günü Texasda ailənin Kraforddakı rançosunda toy mərasiminə hazırlıqlar gedir. Bəy Henri Heyqerin atası Virciniya ştatında Respublikaçılar Partiyasının sədridir. Toya 200 qonağın dəvət olunduğu deyilir. Ağ Evdən bildirilir ki, toy mərasimi qapalı keçəcək. Lakin Buşlar bəzi foto-şəkillərin mətbuata açıqlanmasına razılıq verə bilər. Gənclər toy mərasiminin Ağ Evdə olmasını istəməyərək, onun daha sadə olmasını arzu etmişlər.

İndiyə qədər ABŞ prezidentlərinin 22 övladı ataları vəzifə başında olarkən toy edib. Son dəfə Ağ Evdə toy mərasimi 1971-ci ildə prezident Niksonun qızı Triciya ailə qurarkən olub.

XS
SM
MD
LG