Accessibility links

ABŞ Birmaya tonlarla yardım çatdırıb


Bu gün ABŞ-ın yük təyyarəsi Nərgiz siklonuna məruz qalanlara tonlarla yardım çatdırıb. Beynəlxalq ictimaiyyətin Birmanı xarici yardımlara qapılarını açıq saxlaması çağırşından sonra Amerika o ölkəyə ilk yardımını göndərib. C-130 növlü hərbi təyyarə Tailandın hava bazasına su, ağcaqanadla mübarizə məqsədi ilə torlar, habelə ədyallar daşıyıb.

Birma hökuməti siklon səbəbi ilə 28 400 adamın öldüyünün artıq təsdiq edildiyini, 37 000 insanın itkin düşdüyünü bildirir. Bu gün BMT təcili yardımların çatdırılması prosesinin sürətləndirilmədiyi təqdirdə daha artıq insanın həlak olacağı barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG