Accessibility links

ABŞ-da baş verən tornadolar onlarla insanın ölümünə səbəb olub


ABŞ-ın mərkəzi və cənub ştatlarının rəsmiləri regionda mövcud hava şəraitinin yartdığı tornadolar nəticəsində üç ştatda 21 adamın öldüyünü bildirirlər. Oklahoma ştatındakı Piçer şəhərində dozzuq ölüm halı qeydə alınıb. Təcili hallarda nəticələrin aradan qaldırılması ilə məşğul olan rəsmilər şənbə günü axşam baş vermiş tornado nəticəsində şəhərin böyük hissəsinin dağıldığını bildirilər. Oklahomanın qubernatoru Bred Henri ştatda fövqəladə vəziyyət elan edib. Bununla Milli Qvardiyanın əsgərləri xilasetmə və bərpa işlərinə cəlb ediliblər.

Cənub-qərbi Missuri ştatında qasırğa 14 adamın ölümünə səbəb olub. Qasırğalar dalğası bazar günü şərqə istiqamət götürüb. Corciya ştatında altı tornadonun qeydə alındığı bildirilir.

ABŞ prezidenti Corc Buş qasırğadan zərər çəkənlərə görə narahatlığını ifadə edib və deyib ki, zərər çəkmiş ştatların qubernatorları ilə əlaqə saxlayacaq.

XS
SM
MD
LG