Accessibility links

Əfqanıstanda 12 yaraqlı öldürülüb


ABŞ ordusunun bildirdiyinə görə, koalisiya qüvvələri Talibanın rəhbərliyi altındakı yaraqlıların mərkəzi olan Əfqanıstanın cənubunda 12 yaraqlını öldürüb. Bu gün açıqlanan bəyanatda deyilir ki, Helmənd vilayətinin Qarmser hissəsində əməliyyatlar keçirilib. ABŞ-ın bildirdiyinə görə, qüvvələr Talibanın silahlarla təchizat əməliyyatlarını hədəf alıb. Bəyanatda deyilir ki, koalisiya qoşunları atəş açıb və qırıcı təyyarələri köməyə çağırıb. Bu isə 12 ekstremistin öldürülməsi ilə nəticələnib. Koalisiya qüvvələri keçən aydan Qarmserə hücumlar təşkil edir. Hücumların məqsədi Talibanı Qarmserdən çıxartmaq və oradakı yaraqlı şəbəkəsini dağıtmaqdır.
XS
SM
MD
LG