Accessibility links

İraqda İran cinayətkarlığı


Böyük Britaniyanın müdafiə naziri Des Braun ölkəsinin qanunveriçilərinə deyib ki, Britaniya əsgərlərinin İraqın hərbi qüvvələrilə birgə fəaliyyəti nəticəsində İran vasitəsi ilə əldə edilə bilən çox sayda silah ələ keçirib. yaraqlıların İraqda istifadə etdikləri silah və hərbi ləvazımatın çoxunun birbaşa, ya İrandan ya da onun ərazisi vasitəsilə gətirilməsinə dair dəlillər var. Nazir İranın qiyamçı qrupları dəstəkləməsini qəbuledilməz adlandırıb.

Cənab Braun bu açıqlamanı Amerika hərbi qüvvələrinin Birləşmiş Hərbi Qərarahqahlar rəisi, Amerika Hərbi Dəniz Donanması admiralı Mike Mullenin İranın İraq yaraqlılarını təlimlər və sihlarlarla təmin etməsi hallarının çoxaldığı barədə çıxışından bir neçə gün sonra verib.

“ Mən İran hökuməti və Qüds korpusunun İraq və Yaxın Şərq bögəsində öldürüçü və zərərli təsirinin çoxaldığından narahatam. Mən bu yaxınlarda baş verən hadisələr, xüsusilə Bəsrə əməliyyatı İraqın sabitsizliyini nə qədər pozduğunu göstərir.”

Admiral Mullen deyir ki, İran cinayətkar qrupları silah, hərbi sürsat və təlimlərlə dəstəkləyir. Onları koalisiya və İraqın hərbi heyətinə qarşı hücumları və qətllərə təşviq edir.

“ Bir neçə ay öncə, İran hökuməti bu növ fəaliyyətlərini dayandıracağına söz vermişdi. Bu əməllərin dayandırılmadığı, başqa istiqamət aldığı aydın məsələdir.

İran rejiminin yaratdığı problemlətin öhdəsindən gəlmək üçün Amerika hərbi qüvvələri diqqətini onun İraqın daxilindəki hədələrinə yönəldib. Bütün variantlar açıq saxlanılır. Diplomatiya, maliyyə və beynəlxalq ictimaiyyətin təzyiqi daxil olmaqla, milli qüvvənin digər növlərindən istifadə edərək bu məsələnin həllinə nail olmaq olar. ”

Admiral Mullen İran rejiminin ziyankar fəaliyyətinin təkcə İraqla məhdudlaşmadığını deyir: “ İran rejimi reqiondakı digər terrorçu qrupları, o cümlədən Hizbullah və Həması dəstəkləyir, bəzi dəllilərə əsasən o, Əfqanıstanda talibana da yardım edir.” Admiral Mullen bildirir ki, Birləşmiş Ştatlarların İranla hərbi qarşıdurmaya gedəcəyi gözlənilmir.
XS
SM
MD
LG