Accessibility links

Hindistanın böyük şəhərləri yüksək hazırlıq vəziyyətinə gətirilib


Hindistanın qərbindəki Racastan ştatında 80 adamın ölümü, 200 adamın yaralanması ilə nəticələnmiş bomba partlayışlarından sonra ölkənin böyük şəhərləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Dünən Racastanın paytaxtı Caypurda aralarında 12 dəqiqəlik fasilə ilə 12 bomba partlayıb. Hücumların axşam hind məbədinin və izdihamlı bazarların yaxınlığında, nəqliyyatın sıx olduğu vaxt həyata keçirildiyi bildirilir.

Bu gün Caypurda bir günlük fövqəladə vəziyyət elan edildikdən sonra küçələrdən izdiham çəkilib. Polis şəhərin əksəriyyətdə olan hindu əhalisi ilə azlıqda olan müsəlmanlar arasında toqquşmaların qarşısını almağa çalışır.

XS
SM
MD
LG