Accessibility links

Corc Buş Dünya İqtisadiyyat Forumunda iştirak etmək üçün Misrə gedib


Birləşmiş Ştatlar prezidenti Corc Buş bu gün region liderləri ilə danışıqlar aparmaq və Dünya İqtisadiyyat Forumunda iştirak etmək üçün Misrə gedib. Cənab Buş Qırmızı dənizin kuror şəhəri Şarm Əl-Şeyxdə Misir prezidenti Hüsnü Mübarək, fələstinlilərin prezidenti Mahmud Abbas və İordaniya kralı Abdulla ilə görüşməyi planlaşdırır. Onun eləcə də Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşəcəyi gözlənilir.

Dünən prezident Buş Səuduyyə Ərəbistanının kralı Abdulla ilə görüşmüş və Riyaddan yüksəlməkdə olan neft qiymətlərini aşağı salmasını xahiş etmişdir. Lakin Səudiyyə Ərəbistanı bu xahişi qəbul etməyib. Buş administrasiyası neft qiymətlərinin qalxmasını təchizatın çatışmaması ilə əlaqələndirsə də, Səudiyyə Ərəbistanı neftin və təchizatın balanslaşdırıldığını deyir.

XS
SM
MD
LG