Accessibility links

ABŞ prezidenti iraqlılardan üzr istəyib


İraq rəsmiləri bildiriblər ki, ABŞ prezidenti Corc Buş Amerika əsgərinin müsəlmanların müqəddəs kitabından atəş açmaq üçün hədəf kimi istifadə etdiyinə görə İraqdan üzr istəyib. İraqın baş naziri Nuri Əl-Məlkinin ofisinin açıqladığı bəyanatda deyilir ki, cənab Buş cənab Məliki ilə telefon söhbətində Qurana hörmətsiz münasibətə görə üzr istəyib. Bəyanatda bildirilir ki, cənab Buş cənab Məlikiyə əsgərin məhkəmə qarşısına çıxarılacağını deyib. Cənab Məliki öz növbəsində, ABŞ prezidentinə deyib ki, insident qəzəb və hiddət döğurub.

İraqlılar keçən həftə Bağdaddan qərbdəki Radavaniyə şəhərində güllə atəşi nəticəsində dəlik-deşik edilmiş Quranı tapandan sonra qəzəblərini bildiriblər. ABŞ hərbi qüvvələri əsgərin İraqdan çıxarıldığını və inzibati qaydada cəzalandırılacağını bildirib.

XS
SM
MD
LG