Accessibility links

ABŞ ordusunun hücumu zamanı mülki vətəndaşlar qətlə yetirilib


İraq polisinin bildirdiyinə görə, ABŞ ordusunun hücumu nəticəsində ikisi uşaq olmaqla 8 adam həlak olub. Polis vertolyot hücumunun Baiji şəhəri yaxınlığındakı maşını hədəf aldığını deyib. Amerika qüvvələri insidenti təsdiq edərək, hadisə ilə bağlı istinataq aprıldığını bildirir.

Dünən isə Bağdadda İrana arxalanan 11 şiə yaraqlısının öldürüldüyü xəbər verilir. İraq polisi ölənlərin hamısının yaraqlı olmadığını bildirib. Bu arada Diyala vilayətində ikinci jurnalistin cəsədi aşkar edilib. Heydar Əl-Hüseyn adlı bu jurnalist həftənin əvvələrində oğurlanmışdı.

XS
SM
MD
LG