Accessibility links

Dünya Ərzaq Proqramı Birmada insanların günlərdir ac qaldığını bildirir


Dünya Ərzaq Proqramının rəsmisi deyir ki, Birma hökuməti bir neçə yardım işçisinə ölkənin siklona məruz qalmış ərazilərinə daxil olmağa icazə verib. İşçilər isə bu ərazilərdə insanların günlərdir qidasız qaldığını aşkar edib. Dünya Ərzaq Proqramından Paul Risli bu gün taylandın paytaxtı Bankokda jurnalistlərə deyib ki, Birma bu həftə Proqramın 7 əməkdaşına viza verib və bu da rekord göstəricidir. Onun sözlərinə görə, bu addım çox kiçik olsa da, həvəsləndiricidir. Təşkilat mayın 3-də Nərgiz siklonu baş verəndən bəri yarım milyon insana ərzaq yardımı çatdırsa da, rəsmilər deyir ki, hələ çoxsaylı insanın köməyə ehtiyacı var.
XS
SM
MD
LG