Accessibility links

İran BMT-nin nüvə agentliyi ilə əməkdaşlığı məhdudlaşdıra bilər


İran parlamentinin yeni spikeri deyib ki, Tehran BMT-nin nüvə agentliyilə əməkdaşlığı məhdudlaşdıra bilər. Əli Laricani bu gün spiker seçildikdən sonra partlament qarşısında çıxışında Beynəlxalq Atom Enerjisinə nəzarət agentliyinin hesabatının həqiqəti əks etdirmədiyini bildirib. O, agentliyi mətbuat kampaniyasına uyğun olan qeyri-müəyyən dil işlətməkdə ittiham edib. Laricani deyi ki, Beynəlxalq Atom Enerjisinə nəzarət agentliyi bu yolu tutmağa davam etsə, İran parlamenti Tehranın agentliklə əməkdaşlığını məhdudlaşdıra bilər. Agentliyin bazar ertəsi açıqladığı hesabatda deyilir ki, İran qərbin onun nüvə silahı istehsal etməyə çalışdığına dair itihamlarını azalda biləcək kifayət qədər dəlil təqdim etməyib. Tehran bu ittihamları rədd edir.
XS
SM
MD
LG