Accessibility links

Türkiyə ordusu İraqdakı kürd yaraqlılarına qarşı əməliyyatlarını davam etdirir


Türkiyə hərbi təyyarələri İraq sərhədlərindəki kürd yaraqlılarına hücum edib. Rəsmilər deyirlər ki, İraqın şimalındakı Hakurk regionunda qırıcı təyyarələrin ardıcıl hücumu zamanı 16 hədəf vurulub. Türkiyə bu il də sərhədləri daxilində və İraqın şimalında PKK yaraqlılarına qarşı hərbi əməliyyatları davam etdirir.

PKK 25 ilə yaxındır ki, müxtariyyət uğrunda mübarizə aparır. Zorakılıqlar nəticəsində 30 000-dən çox insan həlak olub. Türkiyə və ABŞ PKK-nı terrorçu qrup kimi tanıyır.

Bu həftənin əvvəli Türkiyənin baş naziri Rəcəb Təyyip Ərdoğan Türkiyənin əsasən kürdlər yaşayan cənub-şərq bölgəsində sosial və iqtisadi vəziyyətin inkişafı üçün 12 milyard dollarlıq planın detallarını açıqlayıb.

XS
SM
MD
LG