Accessibility links

Birma hökuməti qaçqınları dağılmış kəndlərinə qaytarır


BMT-dən bildirirlər ki, Birma hərbi hökuməti bu ay baş vermiş siklon qurbanlarını qaçqın düşərgələrini tərk edərək dağılmış kəndlərinə qayıtmağa məcbur edir. Şahidlərin sözlərinə görə, evlərindən didərgin düşmüş birmalılar öz kəndlərinə qaytarılır və onlara evlərini bərpa etmək üçün yalnız bambuk şalbanlar və brezentlər verilir. BMT-nin humanitar məsələlər üzrə idarəsinin rəhbəri Terye Skavdalın sözlərinə görə, insanları fəlakət zonasında yerləşməyə məcbur etmək tamamilə qəbulolunmazdır. BMT Uşaq fondunun Asiya üzrə direktoru Anupama Rao Sinq İrravadi deltasının bir çox yerində vəziyyətin hələ də bərbad olaraq qaldığını bidlirib.
XS
SM
MD
LG