Accessibility links

Zimbabve hərbçisi əsgərləri prezidentə səs verməyə çağırır


Zimbavenin dövlətə məxsus Herald qəzetində deyilir ki, yüksək rütbəli ordu rəsmisi əsgərləri prezident seçkilərinin ikinci raundunda Prezident Robert Muqabeyə səs verməyə və yaxud da ordunu tərk etməyə çağırıb. Heraldın bu gün veridiyi məlumata əsasən Ordu Qərargahlar Rəisi General mayor Martin Çedondo paytaxt Harare civarındakı təlim mərkəzində əsgərlərə müraciətlə çıxış edib. Çedondo əsgərlərə bildirib ki, onlar hakim partiyanın prinsiplərini qorumaq üçün orduya yazılıblar. O, əlavə edib ki, əgər əsgərlər razı deyillərsə onda uniformanı çıxarmalıdırlar.
XS
SM
MD
LG