Accessibility links

Makedoniyada parlament seçkiləri zorakılıqlarla müşayiət olub


Makedoniyada albanların yaşadığı ərazidə silahlı şəxsin bir nəfəri ölüdürüb, bir neçə nəfəri yaraladığı zorakılıq aktı burada parlament seçkilərinin gedişinə mane olub. Rəsmilərin bildirdiyinə görə, hadisə paytaxt Skopyedən şimalda Araçinovo kəndində polis və silahı şəxslər arasında qarşıdurma zamanı baş verib. Polis insidentdən sonra 2001-ci ildə albanların hökumət qüvvələri əleyhinə mübarizədə istinadgahı olan bu kənddəki 15 seçki məntqəsini bağlayıb. Polisin verdiyi məlumata əsasən, başqa bir insident zamanı isə silahlı şəxslərin Skopyedə albanların partiyasının qərargahına hücum etdiyi zaman bir şəxs yaralanıb. Partlament seçkilərindən öncə keçirilmiş rəy sorğuları baş nazir Nikola Qruyevskinin mühafizəkar partiyasının Sosial demokrat birliyi və albanaların rəqib iki partiyasından irəlidədir. Qruyevski Yunanıstan Makedoniyanın NATO-ya üzvlüyü haqda müraciətinin qarşısını alqdıqdan sonra seçkilərin vaxtından iki il əvvəl keçirilməsinə çağırmışdır.
XS
SM
MD
LG