Accessibility links

Bağdad-Ankara münasibətləri getdikcə normallaşır 


Son zamanlar Iraq və Türkiyə arasında qarşılıqlı diplomatik səfərlər Bağdad-Ankara münasibətlərində istiləşmə yaratmaqdadır. Türkiyənin rəsmi Bağdadla təmaslardan yayınması onun Kürd qiyamçılarına İraq hökumətinin dəstəyilə bağlı şübhələrindən qaynaqlanırdı. Lakin indi Ankara İraq kürdlərini qiyamçılara qarşı mübarizədə potensial müttəfiq kimi görməyə başlayıb.

Türk qüvvələri İraqın şimalında yuva salmış PKK militantlarına qarşı hərbi əməliyyat keçirdikdən sonra münasibətlərdə yaxınlaşma başlandı. PKK-nı İraqdan baza kimi istifadə edərək Türkiyəyə hücumlar etməkdə ittiham edən Ankara İraq kürdlərini gizlincə qiyamçıları dəstəkləməkdə günahlandırıb.

İraq prezidenti Cəlal Talabani martın əvvəlində Anakaraya səfər etdikdən sonra münasibətlərdə dəyişiklik hiss olundu. Cənab Gül bildirdi ki, Türkiyə və İraq əməkdaşlıq etməlidir, lakin Ankara heç zaman PKK terrorçularının mövcudluğunu qəbul etməyəcək. Bu səfər Türkiyənin PKK-ya qarşı quru əməliyyatlarının ardınca baş vermişdi. Cavab olaraq əslən kürd olan cənab Talabani İraqın kürd hökumətinə PKK-ya qarşı tədbirlər görmək haqda göstəriş verdi. O, bəyan etdi ki, İraq PKK-nın öz ərazisindən Türkiyəyə hücum məqsədilə istifadə etməsinə imkan verməyəcək.

XS
SM
MD
LG