Accessibility links

Pekinin Tiananmen meydanında təhlükəsizlik tədbirləri gücləndirilib


Çin rəsmilərinin bildirdyinə görə 1989-cu ildə hökümətin demokratiyayönümlü etiraz aksiyalarının divan tutmaqla qarşısının alınmasının ildönümü münasibəti ilə bu gün Pekinin Tiananmen meydanında təhlükəsizlik tədbirləri gücləndirilib. Çinin paytaxtında adi paltarlar geymiş polis işçiləri meydandan keçən insanları video kameralara çəkir. Çinin kommunist hökuməti 1989-cu il iyun ayının 4-də hərbi qüvvələrin etiraz iştirakçılarına qarşı həyata keçirdikləri zorakılıqlarla bağlı hansısa söhbətlər aparılmasına icazə vermir. O zaman hərbiçilər silahllardan istifadə edərək, yüzlərlə insanı qətlə yetirmiş və həbs etmişdi. Hal-hazırda 50-dən 200 nəfərə qədər adamın hələ də həbsxanalarda olduğu deyilir.
XS
SM
MD
LG