Accessibility links

Hillari Klinton Barak Obamaya dəstək verəcəyini bildirib


Nyu York senatoru Hillari Klinton Ağ Ev uğrunda yarışlardan geri çəkildikdən sonra tərəfdarlarını rəqibi, demokrat partiyasından nominasiya alacaq Barak Obamaya yönəldəcəyini deyib. Klinton kampaniyasının bildirdiyinə görə, o, şənbə günü Vaşqintonda təşkil ediləcək tədbirdə ona dəstək verənlərə təşəkkürünü bildirəcək və Barak Obamaya rəsmən dəstəiyni verəcək. Elektron poçtu vasitəsi ilə tərəfdarlarına ünvanladığı məktubda Hillari Klinton

Barak Obama ilə fərqlərinin respubliakçı namizəd Con Makkeyn qədər böyük olmadığını deyib. Obama Afrika mənşəli ilk amerikalıdır ki, əsas siyasi partiyaların birindən nominasiya əldə edəcək. Barak Obama son iki praymeridə nominasiya üçün lazım olan 2118 nümayəndədən daha artıq nümayəndə əldə edib. Obamanı supernümayəndələrin dəstəyi bu qələbə ilə təmin edib.

XS
SM
MD
LG