Son ayın növbəti iş itkiləri ilə ABŞ-da işsizlik səviyyəsi 5.5 faizə qalxıb. Bu, son dörd ilin ən yüksək rəqəmidir. May ayında Amerika iqtisadiyyatı 49 min iş yeri itirib. Biznes sahibləri xam malların artan qiymətləri və zəifləyən təlabatla ayaqlaşmağa çalışırlar. İş itkiləri əsasən tikinti və maliyyə sahələrində baş verib. Mağaza, hökumət və xidmət sektorlarında isə iş yerlərinin artımı qeydə alınıb. Bu arada dünya bazarında neftin barelinin dəyəri 134 dolları ötüb. Ekspertlər bunu dolların evroya nisbətdə dəyərdən düşməsi və Asiyada neftə artan təlabatla əlaqələndirirlər.