Accessibility links

Zimbabve polisi müxalifət liderini kampaniyasını dayandırmağa məcbur edir


Zimbabve rəsmiləri prezidentliyə namizəd Morqan Tsvanqirayı kampaniyasını dayandırmağa məcbur ediblər. Ölkə polisi müxalifət lideri Morqan Tsvanqirayı bu həftə ikinci dəfə həbs edəndən sonra yenidən sərbəst buraxıb. Demokratik Dəyişiklik Hərəkatının rəsmiləri deyir ki, cənab Tsvanqiray ölkənin cənubundakı Esiqodini kəndində bu gün polis idarəsinə aparılıb. O, 2 saat həbsdə saxlandıqdan sonra sərbəst buraxılıb, ancaq müxalifət liderinə kampaniyasını bərpa etməməsi barədə xəbərdarlıq edilib. Bu gün səhər polis Morqan Tsvanqirayı Zimbabvenin “ikinci şəhəri” olan Bulavayoda keçiriləcək yürüşdə iştirak eyməyə səy göstərdiyinə görə saxlayıb. Qeyd edək ki, o, çərşənbə günü də saxlanılmışdı. Hərəkat lideri bu ayın 27-də ikinci raund seçkilərdə prezident Robert Muqabe ilə qarşılaşacaq.

XS
SM
MD
LG