Accessibility links

ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə Ceymz Cefrinin namizədliyi irəli sürülüb


Ağ Ev bildirir ki, ABŞ prezidenti Corc Buş Milli Təhlükəsizlik üzrə müşavirinin müavini Ceymz Cefrini Birləşmiş Ştatların Tükiyədəki səfiri vəzifəsinə namizəd təyin edib. Cənab Cefri Yaxın Şərq məsələləri üzrə büronun yüksək vəzifəli rəsmisi və Birləşmiş Ştatların Bağdaddakı nümayəndə heytinin sədr müavini vəzifələrində çalışıb. Bu arada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Türk universitetlərində baş örtüyünə qoyulan qadağanın ali məhkəmə tərəfindən qüvvədə saxlanmasından sonra fövqəladə iclas keçirib. Türkiyənin ali məhkəməsi bildirir ki, hökumətin qanunu ləğv etməsi dünyəvi prinsiplərə ziddir. İslamçı köklərə malik hakim partiya israr edir ki, baş örtüyünün geyilməsi şəxsi seçimdir.
XS
SM
MD
LG