Accessibility links

Pakistan prezidenti mətbuatda yayılan şayiələri rədd edir


Pakistan prezidenti Pərviz Müşərrəf mətbuatda yayılan şayiələri rədd edərək, opponentlərinin tənqiqlərinə görə vəzifəsindən istefa verməyəcəyini bildirib. Müxalifət üzvlərindən bəzisi prezident Müşərrəf vəzifəsindən istefa vermədiyi təqdirdə, onun impiç ediləcəyini bildiriblər. Pakistan qanunvericiləri konstitusiyaya Pərviz Müşərrəfin səlahiyyətlərinin məhdudlaşdırlmasını nəzərdə tutan düzəlışlər edilməsi məsələsini müzakirə edir. Prezidentin opponnentlərinin impicedilmə üçün tələb edilən səslərin ücdə ikisinə malik olub-olmadığı bəlli deyil. Pərviz Müşərrəf bir prezident kimi parlamenti buraxa bilər və növbədənkənar seşkilərə sərəncam verə bilər. Prezident Pərviz Müşərrəf isə parlamentin qərarına tabe olacağını deyir.

XS
SM
MD
LG