Accessibility links

Donetsk şaxtaçılarından 23 nəfəri xilas edilib


Ukrayna rəsmilərinin bildirdiyinə görə, dünən səhər Donetsk regionundakı Karl Marks şaxtasında baş verən partlayışdan sonra şaxtada qalan işçilərdən 23 nəfəri xilas edilib. Bundan əvvəl isə iki şaxtaçının xilas edildiyi və bir cəsədin tapıldığı xəbər verilmişdi.

Partlayış şaxta işçilərinin Karl Marks şaxtasında təmir işləri apararkən 1 km dərinlikdə baş vermişdir. Partlayış nəticəsində şaxtanın kənarında olan 4 şaxtaçının yandığı və digər bədən xəsarəti aldığı xəbər verilir.

XS
SM
MD
LG