Accessibility links

Əfqanıstanda polis işçilərinə hücumlar davam etməkdədir


Əfqan rəsmiləri ölkədə ayrı-ayrılıqda həyata keçirilən hücumlar nəticəsində 5 polis işçisinin öldürüldüyünü bildirirlər. Polis işçilərindən üçünün Qəzni vilayətində yol kənarına yerləşdirilimiş bomba partlayışı, digər iki polisin isə Qor vilayətində yaraqlıların hücumu nəticəsində həlak olduqları xəbər verilir. Qor vilayətindəki hücum zamanı 3 yaraqlının da öldürüldüyü deyilir.

Dünən Helmənd vilayətində 3 Britaniya hərbiçisinin intiharçı hücumuna məruz qalaraq öldürüldüyü xəbər verilir. Bununla artıq 2001-ci ildən bəri Britaniyanın Əfqanıstandakı 100-cü hərbi qulluqçusu qətlə yetirilir. Bundan əlavə xəbər verilir ki, BBC üçün işləyən və bir gün əvvəl oğurlanmış Əfqan müxbirin cəsədi Helmend vilayətində tapılmışdır.

XS
SM
MD
LG